Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz” | 1news.az | Xəbərlər
Siyasət

Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz”

13:46 - 13 / 04 / 2016
Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz”

Sarkisyanın sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir.

1news.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

“Ermənistan indiyə kimi bildirirdi ki, guya onlar bu savaşda tərəf deyillər. Daha doğrusu özlərini belə göstərməyə çalışırdılar. Onlar Qarabağda “DQR”ın qoşunlarının olduğunu iddia edirdilər. Sarkisyanın indiki sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir və o ərazilərdə baş verəcək hadisələrlə bağlı Ermənistanın mövqeyini nümayiş etdirmək istəyir”.

Qarabağın Azərbaycanın ərazisi olduğunu deyən F.Quliyev bildirib ki, Sarkisyanın ixtiyarı yoxdur ki, Azərbaycan ərazisi haqda nəyisə danışsın:

“Ermənistanla Azərbaycan arasında müharibə gedir. Qarabağ bizə qaytarıldıqdan sonra bu barədə düşünmək olar. Çünki o zaman əsl sərhədlər müəyyən ediləcək və Azərbaycan tərəfi iki dövlət arasında sülhməramlı qoşunlar yerləşdirilməsi barədə öz fikrini deyə bilər”.

Millət vəkili Azərbaycanın bu məsələ ilə əlaqədar tezliklə mövqe bildirəcəyini deyib:

“Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu konteksdən çıxış edərək, Azərbaycan tərəfi əlavə detallarla bu məsələyə öz mövqeyini tezliklə bildirəcək”.

1news.az

Paylaş:
628

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər