Bakıda qadını döyüb oğluna bıçaqla xəsarət yetirən şəxs saxlanılıb
Polis əməkdaşları bir neçə gün öncə Bakıda qadını döyüb oğluna bıçaqla xəsarət yetirən şəxsi saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Suraxanı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döymüş və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş qohumu Rövşən Əhədov tutulub.
1news.az
542