Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni evlər verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni evlər verilib – FOTO

21:43 - 13 / 04 / 2016
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni evlər verilib – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində yeni mənzillər inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

1news.az-ın məlumatına görə, bu istiqamətdə tədbirlər Oğuz və Şəki rayonlarında da davam etdirilib və hər iki rayon üzrə 7 ədəd yeni fərdi yaşayış evi qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Onlardan 5 nəfəri Qarabağ müharibəsi əlilləri, 2-si isə şəhid ailələridir. 

Evlərin istifadəyə verilməsi tədbirlərində ölkə vətəndaşının rifah halının yüksəldilməsinin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf stretegiyasının başılıca hədəflərindən olduğu vurğulanıb. Qeyd olunub ki, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində də ardıcıl və məqsədyönlü işlər görülür. 

Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı kimi, təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

1news.az

 

Paylaş:
3307

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər