Azərbaycanda qəzetin baş redaktoruna xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qəzetin baş redaktoruna xəbərdarlıq edilib

17:56 - 14 / 04 / 2016
Azərbaycanda qəzetin baş redaktoruna xəbərdarlıq edilib

“Femida.az” internet saytının baş redaktoruna xəbərdarlıq edilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, “Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

1news.az

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər