AZAL aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır

10:52 - 14 / 04 / 2016
AZAL aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır

Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.

1news.az "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Bu linkdən həmin agentliklərin siyahısı ilə tanış olmaq olar.

Əlavə məlumat üçün:

Telefon: (012) 598 88 80 / *8880

Email: [email protected]

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər