İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs tutuldu

11:00 - 15 / 04 / 2016
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs tutuldu

İrandan corabında Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İran İslam Respublikasından Azərbaycan Respublikasına  piyada yolla  gələn Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyə  uyğun olaraq şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun sol ayağındakı  corabın  içərisindən şəffaf selofanda gömrük nəzarətindən gizlədilən, xalis çəkisi  5,81 qram olan psixatrop maddə- metamfetamin  aşkar  olunaraq  götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1871

Son xəbərlər

Bütün xəbərlər