“Silk Way Helicopter Services” neft-qaz sektoruna xidmət dairəsini genişləndirib - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way Helicopter Services” neft-qaz sektoruna xidmət dairəsini genişləndirib - VİDEO

11:20 - 15 / 04 / 2016
“Silk Way Helicopter Services” neft-qaz sektoruna xidmət dairəsini genişləndirib - VİDEO

“Silk Way Helicopter Services” (SWHS MMC) kommersiya helikopter şirkətinə quruda və dənizdə neft-qaz platformalarında OGP (Oil & Gas Producers Standard) standartlarına uyğun xarici yük asqısı işləri üçün rəsmi xidmət təminatçısı statusu verilib.

1news.az-ın məlumatına görə, bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel  boruların dəyişilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması üzrə xidmətlərin geniş spektrini əhatə edir.

Əməliyyatlar Amerikanın “Sikorsky” şirkətinin hava donanmasının əsas tərkib hissəsi olan S-92 model ağır helikopterlər vasitəsilə həyata keçirilir. Dəniz və qurudakı qurğularda fakel boruların dəyişdirilməsi unikaldır. Belə ki, dünyada bu cür əməliyyatları yerinə yetirən aviaşirkətlərin sayı çox məhduddur.

Bu uçuşları yerinə yetirmək üçün hava gəmisi ekipajının zərgər məharəti, hava gəmisinin yüksək texnoloji texniki təchizatı və aviaşirkətin bütün əlaqədar xidmətlərinin nizamlı işi tələb olunur.

SWHS öz növbəsində Xəzər dənizi, həmçinin Rusiya, Afrika və Cənub-Şərqi Asiya regionlarında potensial müştərilərə xidmət göstərməyə hazırdır.

1news.az

Paylaş:
649

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər