Bakıda mənzildə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə yanğın olub

00:01 - 16 / 04 / 2016
Bakıda mənzildə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 kv.m sahədə və oturacaqlar yanıb. Yüksək temperaturdan kondisioner əriyib.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər