“Worldcard” “Ariel” qazandırır
Azərbaycanın qazandıran kredit kartı olan “Worldcard” öz müştərilərinə yeni kampaniya hazırlayıb.
www.worldcard.com.az veb səhifəsində olan məlumata görə, kart müştəriləri “Worldcard”la alış-veriş etdikdə “Ariel” yuyucu tozu hədiyyə qazanacaqlar.
10 may tarixinə qədər “Worldcard” müştəriləri 40 manatdan çox alış-veriş etdikdə, 1.5 kq “Ariel” yuyucu tozunu anında hədiyyə olaraq qazanırlar. “Ariel” yuyucu tozu qazanmaq istəyən “Worldcard” istifadəçiləri “Araz”, “Bizim Market”, “Grandmart”, “Fresco”, “Spar” və “Səbət” supermarketlər şəbəkələrində “Worldcard”la 40 manatdan çox alış-veriş edərkən 1.5 kq “Ariel” yuyucu tozunu qazanmaları üçün sadəcə “Yapı Kredi Bank Azərbaycan”a məxsus POS terminaldan ödəniş etmələri kifayətdir.
KART PULSUZDUR
Azərbaycanın qazandıran kredit kartı olan “Worldcard” istifadəçilərinə fürsətlərlə zəngin bir dünya təklif edir. Geniş alış-veriş şəbəkəsinə sahib olan “Worldcard”la World Üzv Ticarət Obyektlərində edilən alış-verişlərdə bal qazana və hissə-hissə ödəmə imkanlarından faydalana, daima keçirilən kampaniyalardan, imtiyazlı əlavə xidmətlərdən yararlana bilərsiniz.
Sizə ən uyğun “Worldcar”da sahib olmaq üçün ən yaxın məsafədə yerləşən “Yapı Kredi Bank Azərbaycan” filialına yaxınlaşa, və ya www.worldcard.com.az saytından onlayn sifariş edə bilərsiniz. Qeyd edək ki, artıq “Classic Card”lara illik üzvlük haqqı tətbiq olunmur.
Kampaniya haqqında ətraflı məlumatı və marketlərin tam siyahısı ilə *0444 Yapı Kredi Telefon Mərkəzində və www.worldcard.com.az internet səhifəsində tanış ola bilərsiniz.