Bu il 70 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il 70 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

20:48 - 18 / 04 / 2016
Bu il 70 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

2016-cı ilin yanvar-mart ayları ərzində 70 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 125 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

1news.az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə qeyd olunub.

Məlumata görə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 40-dan çox qeyri-yaşayış sahəsi və 15 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

1news.az

 

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər