Ağcabədi sakinindən 1 kiloqramdan artıq narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədi sakinindən 1 kiloqramdan artıq narkotik maddə götürülüb

17:36 - 19 / 04 / 2016
Ağcabədi sakinindən 1 kiloqramdan artıq narkotik maddə götürülüb

Ağcabədi sakini narkotik maddə ilə tutulub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyindən məlumat veriblər.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin İsmayılovdan 1 kiloqram marixuana və 0,5 qram heroin götürülüb.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər