Nikaha daxil olmaq istəyən 6521 nəfərdə talassemiya, 74 nəfərdə QİÇS aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nikaha daxil olmaq istəyən 6521 nəfərdə talassemiya, 74 nəfərdə QİÇS aşkarlanıb

13:55 - 20 / 04 / 2016
Nikaha daxil olmaq istəyən 6521 nəfərdə talassemiya, 74 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda son 10 ayda nikaha daxil olmaq istəyən 117 500 nəfər müayinə edilib.

1news.az-ın məlumatına görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya  deyib ki, nikaha daxil olmaq istəyən 6521 nəfərin talassemiya daşıyıcı, 74 nəfərin QİÇS, 363 nəfərin isə sifilis xəstəsi olduğu aşkarlanıb. Onun sözlərinə görə, 50 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb:

“Bunlardan 5-6 cütlük nikaha daxil olmaqdan imtina edib. Ancaq xəstə cütlüklərdən ailə quranlar da var ki, hətta onlardan 6-da hamiləlik müşahidə edilir. Həmin cütlüklərdən birində dölün perinatal diaqnostikası aparılıb və nəticədə döldə xəstəlik aşkarlanıb. Həmin gənclər hamiləliyi pozmağı qərara veriblər. Digər 5 dölün də müayinəsi aparılıb, onların heç birində xəstəlik aşkar edilməyib”.

Direktor əlavə edib ki, nikaha daxil olmaq istəyən gənclər arasında müayinəyə gələnlərin sayı artıb. Z.Əlimirzəyevanın sözlərinə görə, instituta 3-cü uşağın hamiləliyindən imtina etmək istəyən bir ailə də müraciət edib:

“Həmin ailənin artıq 2 övladları var, onlardan 1-i sağlam, 1-i isə xəstədir. Həmin ailə 3-cü övladı gözləyirdi. İranda dölün müayinəsi - perinatal diaqnostikası aparılıb və nəticəsində uşağın xəstə olduğu aşkarlanıb. Həmin ailə də hamiləliyi pozmağa qərar verib. Nəticədə ailə 3-cü xəstə uşaqdan imtina edib”.

1news.az

 

Paylaş:
718

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər