Unibank-dan mobil bank xidməti: Artiq sizin bankınız - sizin telefonunuzdur
Banka getmədən və mobil telefonunuzun işlədiyi hər yerdə, istədiyiniz vaxtda, cəmi bir neçə saniyə ərzində sizə lazım olan bank xidmətindən istifadə etmək istəyirsiniz? Bu arzunuzu cəmi bir kliklə gerçəyə çevirin. Öz smartfonunuza Unibank-ın mobil banking xidmətini - Unibank Mobile-ı yükləyin (http://onelink.to/ffdbwf ).
Kartınızla bağlı bütün məlumatları əldə etmək istəyirsiniz? – Rahat
İstənilən məlumat, Unibank-dakı bir kartınızdan digər kartınıza istənilən pul köçürməsi, kartın bloklanması və blokdan açılması, yeni kart sifarişi - bunlar hamısı bir kliklə mümkündür.
Ödənişlər etmək istəyirsiniz? – Sürətli
Kredit, kommunal, internet - istədiyiniz ödənişi həyata keçirin. Aylıq ödənişlərinizi sistemə daxil edin və bu ödənişlər avtomatik keçirilsin.
Əmanət hesablarınızı idarə etmək istəyirsiniz? – Təhlükəsiz
Burda siz əmanətlərinizlə bağlı bütün məlumatları əldə edə bilirsiniz. Unibank mobil əlavəsi sizə depozit hesabı açmağa, hətta əmanət təminatlı kredit sifariş etməyə imkan yaradır.
Hesablarınızı nizamlamaq istəyirsiniz? - Asan
Çox rahatlıqla vəsaitlərinizi Unibank-da olan digər hesabınıza köçürə, kreditlərinizi ödəyə bilərsiniz. Bunları işinizdən ayrılmadan edə bilərsiniz.
Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.
Unibank Mobile banking İOS və Android platformalarında işləyir.
Unibank Mobile xidmətinə 3 cür qoşulma mümkündür:
- Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;
- Bankın filiallarında qeydiyyatdan keçməklə;
- ASAN imza ilə qeydiyatdan keçməklə.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank Mobile – elə indi yükləyin!
Unibank Mobile – asan, sürətli və təhlükəsiz!
Unibank – hər kəsin bankı!