Bu il Bakıda quldurluq cinayəti törədən 17 qrup zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Bakıda quldurluq cinayəti törədən 17 qrup zərərsizləşdirilib

17:58 - 20 / 04 / 2016
Bu il Bakıda quldurluq cinayəti törədən 17 qrup zərərsizləşdirilib

Bu il Bakıda 21 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də mənzillərdən 45 oğurluq törətmiş 48 nəfərdən ibarət 19 cinayətkar qrup ifşa olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 3.518 (2.933) cinayət qeydə alınıb ki, onların da 83,8%-i (2.949-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,2%-i isə (569-u) ağır və xüsusilə ağır növlər olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə, qəsdən adam öldürmələr 15,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar 12,5 % azalıb, adam oğurluğu cinayəti qeydə alınmayıb.

Cinayətlərin 74,4%-nin (ötən ilin müvafiq dövründə 68,7%), ağır növlərinin 78,5%-nin (75,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 60,4%-nin (56,8%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 480 cinayətdən 93,5%-i (ötən ilin müvafiq dövründə 89,9%), o cümlədən qəsdən adam öldürmələrin 94,4%-i (100%), adam öldürməyə cəhdlərin 100%-i  (100%) açılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,7%, onların ağır və xüsusilə ağır növlərinin açılması 3,0%, şəxsiyyət əleyhinə olanların açılması 3,6%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,9%, seksual xarakterli zorakılıq hərəkətləri 66,7%, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 8,8%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqlarının açılması 12,8%, xüsusi əmlak oğurluğu 5,9%, mənzillərdən edilən oğurluqların açılması 18,0%, dələduzluqların açılması 2,2%, soyğunçuluq 7,7%, quldurluq 7,7%, avtonəqliyyatın qaçırılması faktlarının açılması 7,0%, xuliqanlıqların açılması 5,6%, narkotik vasitələrlə bağlı cinayətlərin açılması 4,6%, onların satışı ilə bağlı cinayətlərin açılması 16,4%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 4,2% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olmuşdur. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən  762 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə 22 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 708 nəfərdən 42,5%-i (+5,2%, 301-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 340 nəfərdən isə 30,9%-i tutulub  (+7,1%, 105-i).

Narkotiklərlə bağlı aşkar edilmiş 351 fakt üzrə qanunsuz dövriyyədən 114 kq-dan çox (+6 kq, 108,2 kq)  narkotik  vasitə  çıxarılıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 27,6%, həlak olanların sayı 46,7%, xəsarət alanların sayı  27,3%  azalıb. Paytaxt ərazisində baş vermiş 123 (170) yol-nəqliyyat hadisəsində 40 (75) nəfər həlak olub,  160 (220) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1news.az

Paylaş:
525

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər