"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalın növbəti sayı hazırlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalın növbəti sayı hazırlanıb

12:41 - 20 / 04 / 2016
"Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi" adlı elektron jurnalın növbəti sayı hazırlanıb

“Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi” adlı elektron jurnalın 2015-ci il üzrə ikinci - sonuncu sayı hazırlanıb Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. 

1news.az xəbər verir ki, jurnalın budəfəki sayında monetar siyasətin əməliyyat çərçivəsi, inflyasiyanın proqnozlaşdırılması və digər aktual nəzəri-empirik məsələləri əhatə edən tədqiqat işlərinin nəticələri təqdim edilib. 

Cari tədqiqat işlərində son qlobal proseslər fonunda ölkə iqtisadiyyatının, o cümlədən monetar sektorun qarşısında duran çağırışlar və ondan irəli gələn aktual mövzular əhatə olunub.

Eyni zamanda aparılan tədqiqatlar Mərkəzi Bankda monetar siyasət üzrə analitik təhlili və qiymətləndirmə sisteminin inkişafına, həmçinin effektiv realizasiyasına xidmət edir.

http://www.cbar.az/pages/publications-researches/the-central-bank-and-economy-magazine-2015-number-2/

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər