Sabah Azərbaycanda şimşək çaxacaq, yağış, sulu qar yağacaq
22 aprel tarixində Azərbaycan ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi gözlənilir.
1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 15 dərəcəyədək isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 22-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, aprelin 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişlidir.
1news.az