Goranboy və Tərtərin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Goranboy və Tərtərin qaz təchizatında məhdudiyyətlər olacaq

20:18 - 21 / 04 / 2016
Goranboy və Tərtərin qaz təchizatında məhdudiyyətlər olacaq

Aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

1news.az

 

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər