Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

23:05 - 21 / 04 / 2016
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 228.2-ci və Mülki-Prosessual Məcəllənin 53-cü, 149.2.3-cü və 218.3-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 6-na təyin edilmiş iclasında baxılacaq.

1news.az

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər