“Azərbaycan xalçaları” jurnalının XVII sayı çap olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının XVII sayı çap olunub – FOTO

11:55 - 21 / 04 / 2016
“Azərbaycan xalçaları” jurnalının XVII sayı çap olunub – FOTO

“Azərbaycan xalçaları” jurnalının növbəti - XVII sayı çap olunub.

1news.az-ın məlumatına görə, oxucular “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının bu sayında da Azərbaycanın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika ilə, maraqlı materiallarla, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları ilə tanış ola biləcəklər.

Tarix elmləri doktoru, professor Zabil Bayramlının “Səfəvilər dövlətinin etnik mənsubiyyətinə dair”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında dabbağlıq sənətinin vəziyyəti”, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlığının yeni aşkar olunmuş döyüş və dövlət bayraqları”, Şahin Əhmədovun “Kolanılar”, Bayram Quliyevin “Elxanilər dövründə Azərbaycanın dini və xatirə tikililəri” kimi məqalələr milli tarixşünaslığımızın aktual məsələlərinə həsr edilib.

Tarix elmləri doktoru, professor Şirin Bünyadovanın “Orta əsr Azərbaycan şairləri xalçaçılıq haqqında” adlı məqaləsi həm filologiya, həm də etnoqrafiya elmləri baxımından maraq kəsb edir. Burada Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və s. kimi şairlərinin yaradıcılığında öz əksini tapmış xalçaçılıq terminləri, xalçanın xalq məişətində istifadəsinə dair fikirləri araşdırılıb, nümunələr əsasında təhlil edilib.

Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərin “Ahilik: sosio-kultural cərəyan” adlı məqaləsində XII-XIII əsrlərdə Şərqdə, xüsusilə Azərbaycanda və Anadoluda geniş təşəkkül tapmış bu məşhur sənətkar birliyindən, onun fəaliyyət prinsiplərindən, ictimai həyatdakı rolundan bəhs olunur.

Jurnal ənənəvi olaraq həm respublikamızda, həm də xarici ölkə muzeylərində saxlanılan Azərbaycan xalçaları və xalça məmulatları haqqında ictimaiyyəti məlumatlandırır. Bu sayda oxucular Şirvanşahlar Sarayında mühafizə olunan xalça və xalça məmulatları, onların tarixi, texniki göstəriciləri haqqında məlumat ala biləcəklər.

Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin “XIV əsrin sonu-XVI əsrin əvvəllərində Şirvanşahlar dövlətinin pul işi” adlı məqaləsi son illərdə Şirvanşahlar dövlətinin tarixinə dair aparılan əhatəli tədqiqatlar əsasında hazırlanıb. Jurnalda xarici müəlliflərin Qafqaz, o cümlədən Azərbaycan xalçaçılıq tarixinə dair maraqlı məqalələri də yer alıb.

Jurnalın baş redaktoru “Azər-İlmə”nin rəhbəri, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.

1news.az

Paylaş:
645

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər