Bank of Baku-dan yeni xidmət: suallarınızı “video zəng”lə ünvanlayın! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan yeni xidmət: suallarınızı “video zəng”lə ünvanlayın!

12:01 - 21 / 04 / 2016
Bank of Baku-dan yeni xidmət: suallarınızı “video zəng”lə ünvanlayın!

Rəqəmsal dünyanın tələblərini öz işinə asanlıqla uyğunlaşdıran, xidmət və məhsullarında saysız-hesabsız yeniliklər tətbiq edən Bank of Baku, bu dəfə müştərilərinə yeni “Video zəng” xidmətini təqdim edir. 

“Video zəng” xidməti nədir?

“Video zəng” – bankla əlaqə saxlamaq istəyən müştərilərə təqdim edilən bir çox xidmət vasitələrindən biri olub, müştəriyə Bankın məsul əməkdaşı ilə video görüntü əsasında müraciətini ünvanlamaq imkanı yaradan yeni xidmət növüdür. Bank 145 Məlumat Mərkəzinin təqdim etdiyi bu xidmət vasitəsilə müştərilərə suallarına cavabı birbaşa olaraq mərkəzin məsləhətçisindən əldə etmək üçün zəmin yaradır.  

Xidmətdən kim və necə faydalana bilər?

“Video zəng” xidmətindən bütün müştərilər, eləcə də Bankın xidmət və məhsulları haqqında məlumat əldə etmək istəyən hər bir şəxs faydalana bilər. Xidmətdən istifadə üçün Bankın korporativ saytında http://www.bankofbaku.com/ “video zəng” düyməsinə basmaqla keçid almaq olar. Xidmətdən istifadə qaydası ilə bağlı qısa video təlimatla bu linkdən tanış ola bilərsiniz.

“Video zəng” xidmətinin əsas üstünlükləri hansılardır?

- Dünyanın istənilən nöqtəsində internetə çıxışınız varsa məsləhətçi ilə əlaqə saxlaya bilərsiniz. Müştəri müraciətini həm video, həm də audio zəng vasitəsilə və ya yazaraq ünvanlaya bilər.

- Onlayn bələdçilik xidmətindən faydalanmaq imkanı - əgər müştəri Bankın saytında hansısa məlumatın tapılmasında çətinlik çəkərsə, məsləhətçi saytda həmin yeri işarələyib ona nümayiş etdirə bilər

- Fayl göndərmək imkanı – həm müştəri, həm də məsləhətçi fayl göndərmək imkanına malikdirlər

- Yazışmanı yadda saxlamaq imkanı – nüsxəsini e-poçtunuza göndərə və ya çap edə bilərsiniz

- Digər – məsləhətçi məşğul olduğu halda istifadəçi zəng sifarişi yerləşdirə, həmçinin mesaj yaza və xidməti qiymətləndirə bilər.

“Video zəng” xidməti həftəiçi hər gün saat 09:00-dan 18:00-dək müştərilərin xidmətindədir. Bu xidmətlə yanaşı, müştərilər Bank of Baku-ya sual və müraciətlərini həm 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə yazmaqla ünvanlaya bilərlər.

Xatırladaq ki, şəhərdaxili telefonlardan, həmçinin regionlardan 145 Məlumat Mərkəzinə edilən zənglər pulsuzdur. Zəng etmək imkanı olmayan müştərilər, suallarını 8145 qısa nömrəsinə göndərməklə cavablandırılmasını təmin edə bilərlər.   

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
734

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər