​Ağdamda polislər üç ədəd mina tapıb | 1news.az | Xəbərlər
Cəmiyyət

​Ağdamda polislər üç ədəd mina tapıb

15:51 - 22 / 04 / 2016
​Ağdamda polislər üç ədəd mina tapıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları piyada əleyhinə 3 ədəd mina tapıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, polis əməkdaşları tərəfindən Əfətli kəndi ərazisindən keçən Qar-qar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə ANAMA-ya məlumat verilib.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər