Goranboyda ağır qəza: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda ağır qəza: ölən və yaralananlar var

16:47 - 22 / 04 / 2016
Goranboyda ağır qəza: ölən və yaralananlar var

Goranboy rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 19:00 radələrində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakinləri Ələsgər Şabanovun idarə etdiyi “VAZ-2107” və Azər Nağıyevin idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Şabanovun sərnişinlərindən Ayşən Zahidi hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər