Azərbaycanda qar yağıb, havanın temperaturu 12 dərəcəyə qədər aşağı enib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qar yağıb, havanın temperaturu 12 dərəcəyə qədər aşağı enib

12:23 - 22 / 04 / 2016
Azərbaycanda qar yağıb, havanın temperaturu 12 dərəcəyə qədər aşağı enib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində  hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).

Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə  aşağı enib.

Hidrometeoroloqların sözlərinə görə, qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər