BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının İqtisadi Forumu Gəncədə keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının İqtisadi Forumu Gəncədə keçiriləcək

19:23 - 23 / 04 / 2016
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının İqtisadi Forumu Gəncədə keçiriləcək

2016-cı ildə Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqrama (SPECA) həmsədrlik edir. SPECA-nın növbəti İdarəetmə Şurası və İqtisadi Forumu bu ilin 4-cü rübündə Gəncə şəhərində keçiriləcək.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNIDO), Mərkəzi Asiya Ölkələri İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və digərləri çərçivəsində mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Q.İsakzaini yeni təyinatı münasibətilə təbrik edən nazir Ş.Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu xatırladıb, ölkəmizdə UNDP çərçivəsində 50-yə yaxın layihənin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib. Bildirilib ki, BMT-nin UNIDO təşkilatı ilə də ölkəmiz arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur. UNIDO-nun təşkilatçılığı ilə 2014-cü ildə Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirilib, tədbir çərçivəsində Azərbaycan Hökuməti və UNIDO arasında əməkdaşlığa dair Çərçivə Proqramı imzalanıb. Aprelin 25-dən 27-dək isə Bakıda BMT-nin daha bir tədbiri - Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və bu forum çərçivəsində Biznes Simpozium keçiriləcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran nazir Şahin Mustafayev Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə məlumat verib, Ermənistanın münaqişəyə dair BMT-nin 4 qətnaməsinə əməl etməməsinin region üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Q.İsakzai Azərbaycanın BMT-nin fəal üzvlərindən olduğunu, təmsil etdiyi qurumun bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilini yüksək qiymətləndirdiyini bildirib. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq barədə danışan BMT təmsilçisi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Paylaş:
646

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər