İmişlidə baş verən yol qəzasında iki nəfər ölüb, 12 nəfər xəsarət alıb
İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 12 sərnişindən 5-i xəstəxanaya yerləşdirilib.
İmişli Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib, onların vəziyyəti orta-ağırdır:
1) Paşayeva Sveta İlham qızı (1961-ci il)
2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)
3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)
4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)
5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)
Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.
***
İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ikinci sürücünün şəxsiyyəti məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, bu, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur.
Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.
***
İmişli rayonu ərazisində ağır yol qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.
Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu.
Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.
АПА