Bakı Limanı Sinqapurun ən yeni texnoloji həllərini tətbiq edəcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanı Sinqapurun ən yeni texnoloji həllərini tətbiq edəcək – FOTO

16:56 - 25 / 04 / 2016
Bakı Limanı Sinqapurun ən yeni texnoloji həllərini tətbiq edəcək – FOTO

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Sinqapurda “SMRT International Pte” MMC və “Ectivise Solutions Pte” MMC ilə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədi ilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıblar.

1news.az-ın məlumatına görə, memorandum Bakı Limanının baş direktoru Taleh Ziyadov, “Ectivise Solutions” MMC-nin baş icraçı direktoru Arthur Cheong və “SMRT International” MMC-nin icraçı direktoru Goh Eng Kiat tərəfindən imzalanıb.

İki Sinqapur şirkəti Bakı Limanında və Azad Ticarət Zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intillektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcəklər. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.

“Bu memorandum Bakı Limanına Xəzər regionunda nümunəvi və texnoloji baxımdan ən müasir limana çevrilmək məqsədinə daha tez çatmağa kömək edəcək”- deyə, T.Ziyadov vurğulayıb.

“Biz Bakı Limanının müştəriləri və istifadəçiləri üçün ekoloji cəhətdən təmiz texnoloji həllərin yaradılması missiyasında Sinqapurlu tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk”- deyə, baş direktor bildirib.

Nəzərinizə çatdıraq ki, Sinqapurda ilk vahid ictimai metro, avtobus və taksi idarəetmə sistemi quran “SMRT International” MMC, “SMRT Korporasiya” MMC-nin tam mülkiyyətində olan törəmə şirkətdir. SMRT International əməliyyatlar və təmir, mühəndislik, konsaltinq və layihə idarəedilməsi üzrə beynəlxalq səviyyədə ixtisaslaşıb. “Ectivise Solutions” geniş miqyaslı şəbəkə planlaşdırılması, Passiv Optik Şəbəkələr və İnteqrasiya olunmuş Optik Magistral Arxitekturası kimi İKT yönümlü infrastruktur texnologiyaları üzrə peşəkar xidmətlər göstərir.

Azərbaycan höküməti hal-hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu ölkə prezidenti İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində qurulan mərkəz  strategiyanın (“hub” strategiyası) bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi hədəfləyir.

Qeyd edək ki, “SMRT International Pte” MMC və “Ectivise Solutions Pte” MMC mütəxəssisləri yeni Bakı Limanına səfər ediblər, Ələt terminalı və onun ətrafında yaradılması nəzərdə tutulan Azad Ticarət Zonasının ərazisi ilə tanış olublar.

1news.az

Paylaş:
648

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər