Xalq Bank: “Narahatlığa heç bir əsas yoxdur”
Aprel ayının 24-də İnşaatçılar prospektində, ilkin ehtimala görə qaz sızması səbəbindən baş verən qəzanın ASC Xalq Bankının Baş ofisinə yaxın ərazidə olması ictimaiyyətin, eləcə də müştərilərimizin narahatlığına səbəb olmusdur.
ASC Xalq Bankı öz növbəsində narahatlığa heç bir əsasın olmadığını, baş vermiş hadisənin bankın fəaliyyətinə hər hansı bir təsir göstərmədiyini, Baş ofisin həmişəki qaydada fəaliyyət göstərdiyini və çoxsaylı müştərilərə xidmət etdiyini bildirir.
Xalq Bank olaraq müştərilərimiz, tərəfdaşlarımız və dostlarımıza hər zaman yanımızda olduqlarına görə təşəkkürümüzü bildiririk və uğurla birlikdə yeni nailiyyətlərə imza atacağımıza əminik!
557