Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb

10:26 - 25 / 04 / 2016
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb

Bakıda sərnişin avtobusu qəza törədib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs “Mercedes”in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K. Abbasov mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər