Bakıda uşaq bağçasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uşaq bağçasında yanğın olub

11:30 - 25 / 04 / 2016
Bakıda uşaq bağçasında yanğın olub

Bakıda yerləşən uşaq bağçalarının birində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli uşaq bağçasının giriş və bir otağının qapısı yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

 

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər