NETTY2016 mükafatı üçün ərizələrin qəbulu davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

NETTY2016 mükafatı üçün ərizələrin qəbulu davam edir

13:24 - 26 / 04 / 2016
NETTY2016 mükafatı üçün ərizələrin qəbulu davam edir

30 aprel tarixində NETTY2016 mükafatında iştirak üçün ərizələrin qəbulu başa çatır.

Müsabiqədə iştirak üçün ərizələrin qəbuluna  bir həftədən az vaxt qalıb. İştirak etməyə tələsin. Ərizələrin qəbulu yalnız aprelin 30-dək mümkün olacaq. Mayın 1-dən sonra nominantların seçimi başlayır. Yalnız “Ekspert Şurasının” nümayəndələri, və səsvermədən əvvəl “Virtual Jüri” qismində qeydiyyatdan keçmiş şəxslər saytlara səs verə bilərlər.

Mükafatın qalibi ictimai tanınmaya layiq bilinir. Belə bir mürəkkəb müsabiqə seçimindən keçmək və NETTY heykəlciyi almaqla, öz sahəndə ən yaxşı olmaq. Bu böyük nailiyyətdir. Müsabiqənin qalibləri milli İnternetin tarixinə düşəcək, öz layihələri barədə danışa biləcəklər və özlərinə diqqət cəlb edəcəklər.

Həmçinin NETTY2016-ın partnyorları da müsabiqənin qaliblərini diqqətdən kənar qoymayacaqlar. Ölkənin aparıcı kabel və internet operatoru KATV1 partnyorluq çərçivəsində müsabiqənin bütün qaliblərinə operatordan İnternet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə verəcək və şirkətin xidmətlərinə qoşulmaq imkanını təqdim edəcək. Domen-qeydiyyatçısı və hostinq-provayder smarthost.az mükafatın hər bir qalibinə pulsuz olaraq hostinq-paket və “AZ” zonasında domenin qeydiyyatı hədiyyə verəcək, bütün nominantlara isə bir il müddətinə hostinq paketini hədiyyə alacaqlar. Müsabiqənin bütün qalibləri mükafatın  informasiya partnyoru olan “Infocity” jurnalından pulsuz illik abunəni və reklam xarakterli məlumatı pulsuz yerləşdirmək imkanını qazanacaqlar.

“DoctorMap” bütün qaliblərə pulsuz illik abunəni təqdim edəcək. Mükafatın qalibləri barədə ölkənin aparıcı KİV-nin ekranlarından və səhifələrindən danışacaqlar və yazacaqlar. Başqa sürprizlərdə olacaq. İştirak etməyə tələsin.

NETTY2016 keçirilmə qaydalarına uyğun olaraq Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsinə əsaslanaraq (Şura hər nominasiya üzrə üç nominant seçir Virtual münsiflər heyəti isə heyəti iştirakçıların ümumi sayından “Şəbəkənin seçimi” nominasiyasında üç nominant seçir) 8 may tarixdə NETTY Akademiyasının səsverməsi başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. NETTY2016 nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək: • Azərbaycan • Dövlət saytı • Elm və təhsil • Mədəniyyət və incəsənət • Cəmiyyət • İnformasiya və xəbərlər • Servis-sayt • Korporativ sayt • Elektron Kommersiya sahəsində ən yaxşı sayt • Əyləncə • İdman• Şəxsi sayt • Şəbəkənin seçimi. Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: “Mobil qurğular üçün ən yaxşı proqramlar”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi”, “İlin İT-hadisəsi”.

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti  www.facebook.com/tabaskonline, SmartHost şirkəti, KATV1 operatoru, DoctorMap layihəsi, DeJure.az hüquq portalı və BakuTel sərgisi.

Tədbirə İnformasiya dəstəyini Infocity.az, 1news.az, Disput.az, Oxu.az, Gun.az göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. Partnyorluq məsələləri ilə bağlı sualları [email protected] və ünvanına göndərə bilərsiniz.

Paylaş:
605

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər