Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan” layihəsi yekunlaşdı - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan” layihəsi yekunlaşdı - FOTO

14:25 - 26 / 04 / 2016
Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan” layihəsi yekunlaşdı - FOTO

Xəbər verdiyimiz kimi, ölkəmizdə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Əməkdaşlıq çərçivəsinə tələbələr arasında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” layihəsi keçirilib.

Ötən həftə layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 7 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi - 1000, ikinci yer - 750, üçüncü yer - 500 AZN mükafatlandırılıb. Digər finalçılara isə 200 AZN məbləğində pul mükafatı verilib.

“Kapital Bank ölkədə bank fəaliyyəti ilə məşğul olmaqla yanaşı, sosial yönümlü layihələrə, əsasən də müxtəlif təhsil proqramlarına dəstək göstərir. “Made in Azerbaijan” layihəsinə 60-dək biznes ideya təqdim edilib və ən yaxşıları qalib elan olunub. Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
536

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər