İlham Əliyev Maltanın prezidenti ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Maltanın prezidenti ilə görüşüb - FOTO

17:34 - 26 / 04 / 2016
İlham Əliyev Maltanın prezidenti ilə görüşüb - FOTO

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev Maltanın prezidenti Mari-Luiz Koleyro Prekaya BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfəri həm də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət kimi dəyərləndirdi və ölkələrimiz arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini söylədi.

Prezident İlham Əliyev Azərbaycan ilə Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu da bildirdi. Ölkəmizin bu cür mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyən dövlətimizin başçısı xanım Prezidentin Bakıya səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu vurğuladı.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malta Prezidenti Mari-Luiz Koleyro Preka Forumun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında Prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta Prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxundu.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
516

Son xəbərlər

COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37
Bütün xəbərlər