Bakıda evə basqın edən şəxslər tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evə basqın edən şəxslər tutuldu

20:56 - 26 / 04 / 2016
Bakıda evə basqın edən şəxslər tutuldu

Polis Bakıda evə basqın edən şəxsləri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.

Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.

1news.az

 

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər