Bakıda qaldırıcı kranı təmir edən usta öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, adıçəkilən rayonun ərazisində yerləşən Dövlət Neft Şirkətinin Nəqliyyat Departamentində, orada çilingər işləyən Bakı şəhər sakini Ələddin Muradov qaldırıcı kranı təmir edərkən qurğunun qaldırıcı hissəsinin başına düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
403