Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku yenə qalib seçilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku yenə qalib seçilib

15:56 - 27 / 04 / 2016
Mərkəzi Bankın “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku yenə qalib seçilib

2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku liderliyini qoruyub saxlamaqdadır.

Ölkədə nağdsız əməliyyatların həcminin artırılması, eləcə də müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi məqsədilə Mərkəzi Bank son 3 il ərzində mütəmadi olaraq müxtəlif müsabiqələr təşkil edir. Həyata keçirilən müsabiqə çərçivəsində bu il aşağıda qeyd olunan 5 nominasiya üzrə bankların fəaliyyəti qiymətləndirilmiş və daha aktiv olanlar seçilərək mükafatlandırılmışdır:

- Nağdsız ödənişlər üzrə lider bank

- Elektron bankçılıq xidmətlərində lider bank

- Elektron ticarətin inkişafında lider bank

- Təmassız ödəniş kartları üzrə lider bank

- Təmassız POS-terminal infrastrukturu üzrə lider bank

Müsabiqənin öncəki illərində olduğu kimi, Mərkəzi Bank, bu il də Bank of Baku-nun 2015-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bankı 1-ci yerə layiq görüb. Bununla yanaşı, Bank of Baku “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 2-ci yerə layiq görülməklə, qaliblər sırasında yer alıb.

Bankın Alternativ Satışlar və İnkişaf Departamentinin direktoru Anar Abbasov, Mərkəzi Bankın ölkədə nağdsız ödənişlərin, eləcə də elektron bankçılığın inkişafı və tətbiqinin daha da genişləndirilməsi istiqamətində apardığı siyasətə uyğun olaraq, Bank of Baku-nun bu istiqamətdə fəaliyyətini növbəti illərdə daha da təkmilləşdirəcəyini, müştərilərə nağdsız əməliyyatlardan və elektron bankçılıq xidmətindən istifadənin stimullaşdırılması üçün yeni imkanlar qazandıracağını vurğulayıb.

“Hal-hazırda, müştərilərimizə 24/7 rejimində bank xidmətləri göstərəcək Elektron Bankçılıq kompleksinin yaradılması üçün çalışırıq. Bu kompleks vasitəsilə müştərilərə bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (online alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Banking, Mobil Banking, SMS-Banking vasitəsilə xidmətlər daha geniş çeşiddə göstəriləcək” deyən A.Abbasov, Bankın bu sahədə mövqeyini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
616

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər