ADA-nın tələbələri tıxaclarla bağlı təcrübə keçirməyə onları nəyin vadar etməsindən danışdı – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADA-nın tələbələri tıxaclarla bağlı təcrübə keçirməyə onları nəyin vadar etməsindən danışdı – FOTO - VİDEO

18:21 - 27 / 04 / 2016
ADA-nın tələbələri tıxaclarla bağlı təcrübə keçirməyə onları nəyin vadar etməsindən danışdı – FOTO - VİDEO

Yol Hərəkəti qaydalarına riayət olunması və tıxaclarla mübarizə çərçivəsində gözəl bir layihə Azərbaycan Diplomatik  Akademiyasının (ADA) tələbələri, “The Right Way” komandası üzvləri tərəfindən həyata keçirilib.

Şəhərin hərəkətli küçələrindən biri- “İnşaatçılar” metrosu yaxınlığında Abbas Mirzə Şərifzadə küçəsindəki vəziyyəti təhlil edəndən sonra tələbələr qərara gəlib ki, tıxacların əsas səbəbkarı yeraltı keçidi nəzərə almayan piyadalar və avtobus dayanacaqlarında maşın saxlayan taksi sürücüləridir.

“Belə bir aksiya keçirmək fikri bizim komandanın kapitanı Azər Əliyevdə yarandı. O şəhərin həmin hissəsində yaşayır və hər gün piayadalar tərəfindən yolu yanlış keçməklə yaranan pozuntuların şahidi olur. Bundan başqa həmin ərazidə avtobus dayanacaqlarına yaxın düşmək olmurdu, belə ki, ətraf taksi maşınları ilə dolu idi”,- deyə 1news.az-a müsahibəsində “The Right Way” komandasının aktiv üzvü olan Lalə Cümşüdlü bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

ADA tələbələri Bakıda tıxac probleminin necə asan həll edilməsini göstərib – VİDEO

Aksiyaya tələbələr tam ciddiliyi ilə yanaşıb ilk növbədə gün ərzində bu küçədən keçən piyadalar və nəqliyyatın sayını nəzərə almaqla statistika tərtib etdilər.

“İlk növbədə biz piyadalarla işə başladıq. Təəccüblü idi ki, onlar tərəfindən heç bir aqressiya olmadı. İnsanlar pozitiv reaksiya göstərir, hətta bizə yardım etməyə çalışırdılar. Lakin taksi sürücüləri bizim təşəbbüsümüzü seviclə qarşılamadı”,- L. Cümşüdlü bildirdi.

Xoşbəxtlikdən uşaqlar hadisələrin belə inkişafını da nəzərə alaraq Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Əsədova müraciət etmişdilər. O da tələbələrin çağırışına sevinclə cavab verib.

“O, bizə olduqca operativ şəkildə yardım etdi və zəng edib bildirdi ki, yol polisi əməkdaşları bizim aksiyaya qoşulmaq üçün yola çıxıblar”,- L.Cümşüdlü bildirir.

Məhz bu zaman taksi sürücüləri qanunsuz yerdə maşın saxlanılması ilə bağlı fikirlərini dəyişməli oldu. Cünki yol polisi əməkdaşları təkcə xahişlə kifayətlənməyib, qanunsuz parklamaya görə onları cərimələdi.

“Bu bir günlük aksiya idi. Lakin biz onu davamlı həyata keçirmək qərarına gəldik. Ola bilsin ki, bu yol hərəkəti qaydalarına olan münasibəti  və Bakı küçələrindəki  vəziyyəti dəyişə bilər”,- Cümşüdlü deyib.

Tələbələrin planlarından biri də odur ki, lazım olan yerlərdə rampaların qoyulması üçün İcra Hakimiyyəti nümayəndələrinə müraciəet etməkdir.

“Bu videoçarxda da görmək olur ki, qadın  hündür səkidən arabanı düşürtməkdə çətinlik çəkir. Ən acınacaqlısı odur ki, piyadaları keçmək üçün yönəltdiyimiz yeraltə keçiddə ümumiyyətlə rampa enişlər yoxdur. Bundan həm uşaqları arabada aparam valideynlər, həm də hərəkət məhdudiyyəti olan insanlar əziyyət çəkir”,- L. Cümşüdlü deyib.

Qeyd edək ki, “The Right Way” komandasını tələbələr şəxsi təşəbbüslərinə əsasən yaradıb. Onların planlarına cəmiyyətimizdəki müxtəlif problemlərlə bağlı sosial layihələr daxildir.

Uşaqlara uğur arzulayaq!

1news.az

 

Paylaş:
945

Son xəbərlər

Bütün xəbərlər