Kənd Təsərrüfatı Nazirliyinin üç müəssisəsi birləşdirildi
Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan 3 müəssisədə əsaslı struktur dəyişikliyi aparılıb.
1news.az Kənd Təsərrüfatı Nazirliyinin "Vergilər" qəzetində dərc etdiyi məlumata istinadən xəbər verir ki, "Ətlik-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC, "Camışlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC və "Bağmanlar taxıl toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC birləşib.
MMC-lərin bazasında Kənd Təsərrüfatı Nazirliyinin "Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılıb.
Bununla əlaqədar olaraq yuxarıda adları çəkilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları Kənd Təsərrüfatı Nazirliyində yaradılmış ləğvetmə komissiyasına 60 gün ərzində müraciət etmələri xahiş olunur.
1news.az