Mərkəzi Bankda “İşçi məqalələri silsiləsi”nin elektron nəşrinə başlanılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) aparılan tədqiqat işlərinin elmi ictimaiyyətə çadırılmasını daim diqqət mərkəzində saxlayır.
1news.az-a bankın mətbuat xidmətindən verilən məlumat görə, hazırda AMB-də aparılan tədqiqat işlərinin nəticələrinin yayımlanması üçün “Mərkəzi Bank və İqtisadiyyat” və “Tədqiqat Bülleteni” kimi elektron dövri nəşrlər mövcuddur.
Bununla yanaşı, qabaqcıl mərkəzi bankçılıq təcrübəsinə uyğun olaraq AMB-də analitik-tədqiqat işlərinin kommunikasiyası sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi məqalələri silsiləsinin də elektron nəşrinə başlanılıb.
Qeyd edək ki, beynəlxalq təcrübədə olduğu kimi İşçi məqalələri silsiləsi bitmiş elmi nəşr hesab olunmur və elmi işlərlə bağlı yalnız ilkin nəticlərin müzakirəsinin təşviqi məqsədini daşıyır. Burada nəşr edilən tədqiqat işləri müvafiq akademik dairələrdə aparılan müzakirələrin nəticəsi nəzərə alındıqdan və təkmilləşdirildikdən sonra elmi jurnallarda nəşrə qəbul edilir.
Bu səbəbdən İşçi məqalələri silsiləsinin nəşrində əsas məqsəd tədqiqatın ilkin nəticələrinin ardıcıl kommunikasiyası, elmi müzakirələrdə fəallığın daha da artırılması, həmçinin yerli və xarici tədqiqatçılar arasında fikir mübadiləsi ənənəsinin vahid platformasının yaradılmasından ibarətdir.
Buna uyğun olaraq İşçi məqlələri silsiləsində verilmiş tədqiqat işləri yerli, həmçinin xarici rəy və təkliflər nəzərə alındıqdan sonra onun tanınmış xarici və yerli elmi jurnallarda nəşr imkanları genişlənəcək.
Belə faydalı təcrübənin mövcudluğu AMB-də analitik və tədqiqat işlərinin ictimaiyyətlə kommunikasiyasının yaxşılaşdırılmasına, iqtisadi maarifləndirmənin artırılmasına, həmçinin ölkədə tədqiqat işlərinin müzakirəsinin inkişafına mühüm dəstək verəcək.
http://www.cbar.az/pages/publications-researches/working-paper-series/
1news.az