Novruz Məmmədov: “Aparıcı ölkələr beynəlxalq hüquq haqqında onlara sərfəli olan zaman xatırlayırlar” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Aparıcı ölkələr beynəlxalq hüquq haqqında onlara sərfəli olan zaman xatırlayırlar”

11:07 - 27 / 04 / 2016
Novruz Məmmədov: “Aparıcı ölkələr beynəlxalq hüquq haqqında onlara sərfəli olan zaman xatırlayırlar”

“Dünyada münaqişələrin artmasının səbəbi beynəlxalq ictimaiyyətin biganəliyidir və onlar dünyanın müxtəlif ölkələrində baş verən münaqişələri həll etmək istəmirlər”.

1news.az-ın verdiyi məlumatına görə, bu sözləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasın zamanı Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib:

“Düşünməliyik ki, bu münaqişələr hansı səbəblərdən baş verir. Əgər biz bunu anlamasaq, uğur qazana bilmərik. Biz, SSSR-nin süqutundan və Varşava müqaviləsindən nə əldə etdiyimizi analiz etməliyik. O zamanlar 10 ölkə problemdən əziyyət çəkirdisə, bu gün 50 ölkə əziyyət çəkir. Biz, bu vəziyyətə nə səbəb olduğunu düşünməliyik”. 

220 gənc qızın “Boko Haram” terror təşkilatı tərəfindən girov götürülməsini misal gətirən N.Məmmədov qeyd edib ki, nədənsə iki il ərzində heç kəs bu münasibətlə heç bir reaksiya göstərmədi, BMT nəsə edə bilərdi və bundan sonra dünya ictimaiyyəti də fəal fəaliyyətə keçə bilərdi.

“Biz 25 ildir ki, münaqişə şarəitindəyik. Tutaq ki, Dağlıq Qarabağ mübahisəli bölgədir. Bəs Dağlıq Qarabağın ətrafında 7 işğal altında olan rayonlar? Bu barədə heç kim danışmır. Dünya ictimaiyyəti deyir ki, danışıqlar aparın. Dağlıq Qarabağ probleminin diqqət etdikdə burada heç kəs beynəlxalq hüquqa əməl etmir. Bizə deyirlər ki, “gedin özünüz danışın!”, axı bu, qəbuledilməzdir. Mənə elə gəlir ki, dünyada baş verən bütün problemlərin kökü bu cür laqeyd münasibətlərdən irəli gəlir”, - N.Məmmədov bildirib.

O, təəssüflə qeyd etdi ki, aparıcı ölkələr dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə müxtəlif cür reaksiya göstərirlər və bu barədə onlar beynəlxalq hüquqa deyil, şəxsi maraqlardan çıxış edirlər:

“Ölkəm üçün beynəlxalq hüquq – vacibdir və ədadləti bildirir. Lakin burada vasitəçilər ədalət və ya beyəlxalq hüquq əsasında münaqişəni həll etməyi bildirmirlər. Liviya hadisəsi zamanı BMT-nin qərarı dərhal yerinə yetirildi, Azərbaycana gəlincə isə 4 qətnamə hələ də yerinə yetirilməyib. Yəni aparıcı ölkələrın marağına uyğun gəlirsə qətnamə və beynəlxalq hüquq yerinə yetirilir, ölkəmə gəlincə isə - yox. Bu, nə mənim, nə də ki, sizin ölkələr üçün yaxşı hal deyil. Lakin biz ədalət istəyirik, bu isə baş vermir. Ona görə ki, bunu aparıcı ölkələr istəmir”.

1news.az

Paylaş:
750

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər