Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək

12:59 - 27 / 04 / 2016
Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər