Cəbhəyanı bölgədən xəbər: Yerli əhalinin əhval-ruhiyyəsi yüksəkdir, heç bir təlaş yoxdur
“Cəbhəyanı bölgədə yaşayan sakinlərin əhval-ruhiyyəsi yüksəkdir, heç bir təlaş yoxdur, eləcə də heç kəs erməni atəşindən qorxaraq heç bir yerə getməyib”.
Bu haqda 1news.az-a foto-müxbir Tofiq Babayev bildirib.
O, bir sıra yerli və əcnəbi jurnaslistlərlə birgə ermənilərin Ağdam, Bərdə, Ağcabədi və Azərbaycanın digər rayonlarında yaşayan dinc sakinlərə hücumu ilə bağlı səfər ediblər.
Onun sözlərinə görə, BBC, Reuters, France-Presse (AFP), Al Jazeera, RİA-Novosti, Sputnik (Rusiya), Amerikanın səsi, Anadolu, TRT-World, Bloomberg kimi əcnəbi KİV-i təmsil edən xarici jurnalsitlərlə yanaşı, İsrail, ABŞ, Türkiyə, Rusiya, İngiltərə, Fransa, Qətər və digər ölkələrdən olan media nümayəndələri də erməniləri açdığı atəş nəticəsində yaralanan dinc sakinləri ziyarət ediblər.
“Onların çoxunda hərbi sursatın partlaması nəticəsində aldıqları qəlpə yarasıdır, bir çoxlarında isə kontuziya var. Yaralılara yardım yüksək səviyyədə göstərilir, hətta Bakıdakı xidmətlərdən də yüksək. Bir çoxları ağır əməliyyat keçirib”, - T.Babayev bildirib.
“Xüsusi qeyd etmək istərdim, baxmayaraq ki, erməni tərəfdən, xüsusən də axşamlar atışma səsləri eşidilir yerli sakinlərin əhval-ruhiyyəsi yüksəkdir, heç bir təlaş yoxdur. Sakinlər xarici jurnalistlərdən soruşur: Nə üçün ermənilər dinc əhaliyə atəş açır? Əgər onlar bu dərəcədə cəsarətlidirlərsə, o zaman Azərbaycan Ordusu ilə döyüşsünlər, dinc sakinlərlə yox”, - T.Babayev bildirib.
Xatırladaq ki, aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Ermənilərin atəş açması nəticəsində aldığı xəsarətlərdən bir Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan XİN-i Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim edib.
Cəbhəyanı bölgədə olan ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov bəyan edib ki, ermənilər tərəfindən törədilən cinayətlər, dinc sakinlərə qarşı terror aktları beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılacaq.
Ağdam və Tərtər rayonlarının prokurorluqları dinc sakinlərin erməni hücumları nəticəsində həlak olmaları ilə bağlı cinayət işi açıblar.
Qeyd edək ki, Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib.
Mövzu ilə əlaqədar oxuyun:
Müdafiə Nazirliyi: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib
XİN sübutlar təqdim edib: 2 apreldə hücum edən tərəf Ermənistandır
Erməni silahlı birləşmələrinin törətdikləri təxribatla əlaqədar cinayət işi başlanılıb
Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib
1news.az