Balıqçıların qayığı aşdı, bir nəfər boğularaq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Balıqçıların qayığı aşdı, bir nəfər boğularaq öldü

1news Redaksiyası15:34 - 02 / 05 / 2016
Balıqçıların qayığı aşdı, bir nəfər boğularaq öldü

Xəzər dənizinə balıq tutmağa gedən iki nəfərdən biri dünyasını dəyişib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 30-da saat 10:00 radələrində Bakı şəhər sakinləri Namiq Nazarov və Aleksey Çervyakov Suraxanı rayonunun Hövsan qəsəbəsindən balıq tutumaq məqsədi ilə rezin qayıqda “Xəzər” dənizinə çıxıblar.

Bir qədər sonra əsmiş güclü külək nəticəsində qayıq sıradan çıxıb. Nəticədə A.Çervyakov üzərək sahilə çıxıb, N.Nazarov isə boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər