Kapital Bank yeni BirKart məhsulunu təqdim edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yeni BirKart məhsulunu təqdim edib - FOTO

12:30 - 02 / 05 / 2016
Kapital Bank yeni BirKart məhsulunu təqdim edib - FOTO

Aprelin 29-da “Fairmont Baku” otelində Kapital Bank-ın yeni BirKart məhsulunun təqdimat mərasimi keçirilib.

Sosial şəbəkələrdə populyar olan “Səndən 1 dənədir!” tizer-reklamı ilə təqdim edilən BirKart müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.

BirKart maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə veriləcək. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. “Visa Classic”, “Visa Gold” və “Visa Platinum” əsasında olan BirKart 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.

Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. BirKart-dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər.

Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Paylaş:
622

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər