“PAŞA Sığorta” şirkəti yeni “10 il sürən endirim görər” avtonəqliyyat vasitələrinin KASKO sığortası kampaniyasını elan edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” şirkəti yeni “10 il sürən endirim görər” avtonəqliyyat vasitələrinin KASKO sığortası kampaniyasını elan edir - FOTO

12:59 - 02 / 05 / 2016
“PAŞA Sığorta” şirkəti yeni “10 il sürən endirim görər” avtonəqliyyat vasitələrinin KASKO sığortası kampaniyasını elan edir - FOTO

“PAŞA Sığorta” şirkəti 10 illik yubileyi ilə əlaqədar avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yeni “10 il sürən endirim görər” KASKO sığortası kampaniyasını müştərilərinə təqdim edir.

Mayın 2-dən 15-nə kimi davam edəcək kampaniya müddətində 10 il sürücülük təcrübəsinə malik olan bütün müştərilərə KASKO sığortası məhsullarına 20% endirim təqdim olunacaq. Endirim şirkətin müştərilərinə təqdim etdiyi bütün KASKO sığotası məhsullarına aid edilir. Məhsulun əsas məqsədi müştərilərə daha az vəsait sərf edərək maksimum rahatlıq və güvənlik bəxş etməkdir.

Daima müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran şirkət 10 il ərzində müştərilərinə 115 890 100 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmçinin sürücülərin maarifləndirilməsi işinə də şirkət tərəfindən böyük diqqət göstərilir. 2014-cü ildə “PAŞA Sığorta” şirkətinin həyata keçirdiyi “Nümunəvi Sürücü” adlı layihə müsabiqənin “İctimaiyyətin Maarifləndirilməsi” nominasiyasının qalibi adına layiq görülməsini buna əyani misal olaraq göstərmək olar.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Paylaş:
1640

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər