Prezident Ağsuda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Ağsuda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayırıb

20:52 - 03 / 05 / 2016
Prezident Ağsuda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi üçün 3,5 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az  ölkə başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər