Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işgüzar forumlara start verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işgüzar forumlara start verib

11:53 - 03 / 05 / 2016
Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işgüzar forumlara start verib

Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı Bakı və regionlarda işgüzar forumlara start verib.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, forumların məqsədi respublika üzrə bu Sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və bu sahədə maarifləndirməkdir.

İlk belə forum bu gün Cəlilabad rayonunda keçirilib. Forumda Komitənin Aparatı və tabeli qurumları, Cəlilabad Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib.

Forumu giriş sözü ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev açıb. Xidmət rəisi bildirib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin səmərəli tənzimlənməsi istiqamətində Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi Qaydaları da əksini tapıb.

Eyni zamanda, Fərmana əsasən torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maairfləndiriləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu məqsədlə, belə Forumlar Cəlilabadda start götürməklə bütün respublika üzrə davam etdiriləcək.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib. Qeyd olunub ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır.

Diqqətə çatdırılıb ki, artıq ölkə üzrə elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcək. 2019-cu ilin sonuna ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb.

Forumda Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda keyfiyyət göstəricilərinə görə də uçota alınacaq. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaq.

Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir.

Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Forumda qeyd olunub ki, bu işlər nəticəsində torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək. Torpaqların sənəd göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmətlər sırasına daxil ediləcək.

Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi üçün mötəbər məlumat bazası yaranacaqdır. Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi Sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaqdır.

Forumda məsələ ilə əlaqədar suallar cavablandırılıb, təqdimatlar olub və qarşılıqlı müzakirələr aparılıb.

Qeyd edək ki, növbəti forum sabah, mayın 4-də Masallı rayonunda keçiriləcək.

1news.az

Paylaş:
656

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər