Ramil Usubov Lənkəranda sıra baxışı keçirəcək
Mayın 24-ü saat 10:00-da daxili işlər naziri Ramil Usubov Lənkəran şəhərində nazirliyə işə qəbulla bağlı sıra baxışı keçirəcək.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, daxili işlər naziri Ramil Usubov tərəfindən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı, həmçinin mülki işçi vəzifələrinə qəbulla bağlı Lənkəran rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.
1news.az
606