Xalq şairi Söhrab Tahir vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq şairi Söhrab Tahir vəfat etdi

14:50 - 04 / 05 / 2016
Xalq şairi Söhrab Tahir vəfat etdi

Azərbaycanın Xalq şairi Söhrab Tahir vəfat edib.

1news.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətindən bildirilib . Məlumata görə  Xalq şairi bu gün səhər saatlarına evində gözlərini əbədiyyətə yumub. 

Güney nisgilli şair uzun müddət idi yataq şəraitində müalicə alırdı.

Söhrab Tahir 1926-ci il avqustun 6-da Güney Azərbaycanın  Astara şəhərində sənətkar ailəsində anadan olub.  

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub.

1959-1961-ci illərdə Moskvada M. Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər