Bakı Rusiyalıların may bayramlarında getmək istədiyi şəhərlər sırasında ilk beşliyə daxildir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Rusiyalıların may bayramlarında getmək istədiyi şəhərlər sırasında ilk beşliyə daxildir

15:01 - 04 / 05 / 2016
Bakı Rusiyalıların may bayramlarında getmək istədiyi şəhərlər sırasında ilk beşliyə daxildir

Travel.ru turizm servisi 2016-cı ilin may bayramlarında rusiyalı turistlərin getmək istədiyi ən məşhur turistik istiqamətləri müəyyənləşdirib.

1news.az xəbər verir ki, reytinq cədvəli 30 aprel 4 may 2016-cı il tarixlərində mehmanxana və yaşayış evlərinin bronlaşdırılmasına əsasən müəyyən olunub.

Xarici ölkələr sırasında top onluğu Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnyus, Tbilisi, Roma, Helsinki, Belqrad daxildir.

Saytın məlumatlarına görə Oktogo.ru-da otellərin bronlaşdırılması və orta hesabla 3 günlük yaşayış xərci 1 günə görə 3 min rubl təşkil edir.

Ən ucuz səfərlər Belorus və Polşayadır. Orada turistlər yaşayış üçün 3 min manat xərcləyəcək. Ən bahalı isə London və Sinqapura səfərdir.

Kipr və Yunanıstan may aylarında rusiyalıların ən çox getdiyi istirahət mərkəzləridir.

1news.az

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər