Şirvanda “Azərbaycan multikulturalizm diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda “Azərbaycan multikulturalizm diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

17:59 - 04 / 05 / 2016
Şirvanda “Azərbaycan multikulturalizm diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

Şirvanda Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizm diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

1news.az-ın məlumatına görə, tədbir “Multikulturalizm ili” adlı videofilmin nümayişi ilə başlanıb.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şəhəri üzrə nümayəndəsi, “İstək” liseyinin müəllimləri, rus icmasının nümayəndələri və Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecin tələbələri iştirak edib.

Konfransı Mərkəzin direktoru Aynur Fərzəliyeva açaraq, Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini diqqətə çatdırıb, bunun Azərbaycandan dünyaya ünvanlanan sülh, anlaşma və tolerantlıq mesajı olduğunu vurğulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev bu sahədə vacib addımlar ataraq Azərbaycan multikulturalizminin əsasını qoyub. Ulu öndər 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdığı gün Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulayıb, respublikadakı çoxmillətliliyi Azərbaycanın qiymətli sərvəti olduğunu bildirib.

Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə İsmayılova və Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülşən Vəliyeva “Multikulturalizm Azərbaycan insanının həyat tərzidir”, “Tolerantlıq Azərbaycan xalqının milli mənəvi dəyəridir” mövzularında məruzə ediblər.

1news.az

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər